Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sofi Loren 10 il sonra yenidən böyük səhnədə
Sofi Loren 84 yaşında filmə çəkilir.
“RİA Novosti” xəbər verir ki, məşhur aktrisa 10 il sonra ilk dəfə bir bədii filmdə rol alacaq.
Fransız yazıçısı Romen Qarinin “Önümüzdəki həyat” romanının ikinci dəfə ekranlaşdırılmasında iştirak edəcək Loren Holokostda yaşayan madam Roza obrazını canlandıracaq.
Filmin rejissoru aktrisanın oğlu Edoardo Pontidir.
O, anasının ahıl yaşına rəğmən çəkilişlərdə olduqca enerjili olduğunu, işinə çox ciddi yanaşdığını bildirib.
Sözügedən filmin premyerasının 2020-ci ilin mart ayında olması planlaşdırılır.
Ən çox oxunanlar
Rəylər