Müğənni Səbinə Babayeva yeni layihələri üçün imicində dəyişiklik edib və sosial şəbəkə izləyiciləri onu tanımaqda çətinlik çəkiblər.
Oxu.Az xəbər verir ki, ifaçının saç düzümü və makiyajı üzərində bir çox ölkələrdə tanınan stilist Anar Ağakişiyev çalışıb. O, müğənninin yeni görünüşdə olan fotoşəkillərini öz “Instagram” səhifəsində paylaşıb. S.Babayeva isə sosial şəbəkədə bununla bağlı yeni video yerləşdirib.
Xatırladaq ki, Səbinə Babayeva Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri qazanıb. O, finalda “When the Music Dies” adlı mahnını Azərbaycanın Xalq artisti Alim Qasımovla birgə ifa edib.
A.S.
www.oxu.az