2 gündür şəhərimizdə qonaq olan Rusiyanın sevilən ifaçısı Valeri Meladze dünən Heydər Əliyev adına sarayda “Məhəbbət haqqında 20 əhvalat” adlı konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, konsertdən öncə müsahibə verən müğənni Bakının daha da gözəllişdiyini xüsusi vurğulayıb:
“Dəfələrlə Bakıda olmuşam, amma sonuncu 2 gəlişimdə Bakının nə qədər gözəlləşdiyinin fərqinə vardım. Onu deyə bilərəm ki, Azərbaycan neftdən gələn pulu səmərəli istifadə edir”.
Konsertdə bir birindən sevilən ifaları ilə çıxış edən V.Meladze bu gün vətəninə qayıdacaq.