Müğənni Sevda Yahyayeva maraqlı açıqlamaları ilə diqqət çəkib.
Oxu.Az-a danışan ifaçı “Altın Kelebek”ə namizəd olmamasından söz açıb.
O bildirib ki, yarışmadan öz istəyilə imtina edib:
“Mənə də “Altın Kelebek”dən təklif gəlmişdi. Sağ olsun Xalq artisti Murad Dadaşov. Təşkilatçılara arxiv videolar lazım idi. Mən həmin materialları vaxtında yığa bilmədim.
Çünki, mənzilimi yeni dəyişmişəm, bir az qarmaqarışıqlıqdır. Onların vaxtı az olduğuna görə imtina etdim. Namizədlər arasından isə Xalq artisti Aygün Kazımovanı dəstəkləyirəm”.
Müğənni son zamanlar çıxan kliplərdən də danışıb:
“Ən bəyəndiklərim Nura Surinin “Sevgi romanı” və Aygün Kazımovanın “Aya” klipi oldu”.
Sevda söyləyib ki, illərdir bu sahədə olsa da, utancaqdır:
“Utancaqlığım xarakterimlə bağlıdır. Amma ortaya çıxan iş zövqlü olacaqsa, cəsarətli fotosessiyalara çox yaxşı baxıram. Niyə də yox? Çalışıram ki, həftədə iki dəfə də olsa, idmanla məşğul olum. İdmanı həyat tərzimə çevirmək istəyirəm. Səhnə adamı daima formada qalmalıdır. Bunun üçünsə idman mütləqdir. Məşqdən sonra bədənimdəki dəyişikliyi görəndən sonra daha da həvəsə gəlirəm”.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər