Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Alla Puqaçova və Maksim Qalkin İsraildə iş axtarırlar - FOTO
Səkkiz yaşlı uşaqları ilə Rusiyanı tərk edən müğənni Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin İsraildə iş axtarırlar.
Bunu israilli şoumen Levan Todua deyib.
“Dörd dildə sərbəst danışan Qalkinin tərcüməçi kimi işə düzəldiyi və primadonnanın yerli televiziyada teleaparıcı kimi karyera quracağına dair məlumatlar ortaya çıxdı. Bununla belə, Levan Todua qeyd etdi ki, ön planda Alla Puqaçovanı işi yox, əkizlərin tərbiyəsi maraqlandırır”, - deyə “Pyatıy kanal” vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verib.
Bildirilir ki, Alla Puqaçova və əslən yəhudi olan ərinin İsrail vətəndaşlığı almaq üçün artıq sənədlər topladıqlarına dair faktlar var.
“Artıq onlar övladları Liza və Harri üçün məktəb axtarırlar”, - deyə mənbədən əlavə edilib.
Qeyd edək ki, bundan əvvəl ulduz cütlüyün Rusiyanı tərk etdiyi ilə bağlı xəbərlər yayılmışdı. Onların gedişi Qalkinin Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə tənqid etməsi ilə əlaqələndirilir.
Rəylər