Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda ombudsmanların beynəlxalq simpoziumu keçirilib
İyunun 18-də Bakıda "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda ombudsmanların beynəlxalq simpoziumu keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Simpoziumda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov oxuyub.
Simpoziumda "Ombudsmanlar və milli insan hüquqları institutları vasitəsilə konstitusion hüquqların təmin edilməsi", "Hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər" və "Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr" mövzusunda yerli və xarici ekspertlərin, ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər şəxslərinin iştirakı ilə panel müzakirələr keçirilib.
"İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)" teqi üzrə xəbərlər
- Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanlayıb
- Erməni mətbuatının "Azərbaycanı meşələrin qırılmasında" ittiham etməsi nəyə hesablanıb?
- Prezident: "Ermənistan azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır"
- İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
- Qərblə Rusiya arasında qalan Ermənistan: Koçaryanın revanşist həmlələri