11 
Noy
2021
11:23
62
18
1190
Virtual karabakh

Bu günə qədər Azərbaycanda neçə əfvetmə sərəncamı imzalanıb? - RƏSMİ

11 Noy, 2021
11:23
1190

Bu günə qədər Azərbaycanda neçə əfvetmə sərəncamı imzalanıb? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8 774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub”.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən amnistiya aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib.

“Bu günə qədər həyata keçirilən 11 amnistiya aktı 117 770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 amnistiya aktı 40 412 nəfərə şamil olunub. Zəfər Günü münasibəti ilə həyata keçiriləcək amnistiya dövlətin humanitar siyasətinin əyani təzahürüdür”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri