Mar
2022
13:28
52
321
2557
Virtual karabakh

Kiyevdə yaşayan azərbaycanlı: “Atılan raketlər yanımıza düşür”

3 Mar, 2022
13:28
2557

Kiyevdə yaşayan azərbaycanlı: “Atılan raketlər yanımıza düşür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kiyev hər gün bombalanır. Atılan raketlər yanımıza düşür”.

Bunu Oxu.Az-a açıqlamasında orada yaşayan həmvətənimiz Camal Əliyev bildirib.

Onun sözlərinə görə, zirzəmidə yerləşən bir kafedə qalırıq:

“Mən Sumqayıt şəhərində doğulub, böyümüşəm. Kiyevdə təhsil aldıqdan sonra burada yaşayıram. Axsam saat 19:00-dan səhər saat 08:00-a kimi küçəyə çıxmırıq”.

O qeyd edib ki, indiki məqamda oradan çıxmaq istəmir:

“Dostlarımla burada insanlara kömək etməyə çalışırıq. Buradan soydaşlarımız çətinliklə çıxdılar və sərhəd-keçid məntəqələrində gözləyirlər. Biz hələ çıxmağı düşünmürük”. 

Qeyd edək ki, Ukraynada müharibə başlayandan orada yaşayan azərbaycanlıların Moldovaya, Polşaya, Slovakiyaya, Rumıniyaya, Macarıstana keçidi üçün şərait yaradılıb. Nəticədə 4 minə yaxın azərbaycanlı sərhədi keçib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri