25 
İyl
2019
00:40
466
90
14394
Virtual karabakh

“Qarabağ”dan İrlandiyada məhsuldar heç-heçə - YENİLƏNİB

25 İyl, 2019
00:40
14394

“Qarabağ”dan İrlandiyada məhsuldar heç-heçə - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dandolk” komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.

Belə ki, qarşılaşmanın 78-ci dəqiqəsində Patrik Hoban cavab qoluna imza atıb.

Çempionumuz səfərdən qollu və sərfəli nəticə ilə dönür.

 

00:29

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dandolk” komandası ilə qarşılaşır.

Oyunda hesab bərabərləşib.

Belə ki, qarşılaşmanın 78-ci dəqiqəsində Patrik Hoban cavab qoluna imza atıb.

Hazırda davam edən oyunda hesab bərabərdir – 1:1.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1

Qollar: Hoban, 78 - Mahir Emreli, 4

 

24 iyul, 22:52

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dandolk” komandası ilə qarşılaşır.

Komandamız oyunda erkən qolla hesabı açıb.

Hücumçu Mahir Emreli 4-cü dəqiqədə fərqlənib.

“Qarabağ” 1:0 hesabı ilə öndədir.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 0:1

Qol: Mahir Emreli, 4

 

22:47

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dandolk” komandası ilə qarşılaşır.

Artıq görüşdə start fiti səslənib.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 0:0

 

22:04

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dandolk” komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də start götürəcək görüş üçün komandalar start heyətlərini açıqlayıblar.

Rəqiblər oyuna aşağıdakı heyətlərlə başlayacaqlar.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyun)

22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Dundalk”: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hoare, 5. Kris Şildz, 7. Maykl Daffi, 9. Patrik Hoban (kap.), 10. Ceymi MakQret, 11. Patik MakEleni, 14. Deyn Massey, 18. Robbi Benson, 44. Endi Boyl

Ehtiyat oyunçular: 20. Aaron MakKeri, 8. Con Mauntni, 12. Georgi Kelli, 16. Şon Marri, 21. Daniel Kleari, 27. Daniel Kerri, 33. Din Cervis 

Baş məşqçi: Vinni Pert

Qarabağ: 13. Vaqner, 2. Qara Qarayev, 3. Aylton, 4. Rahil Mammadov, 5. Maksim Medvedev, 6. Simeon Slavchev, 9. Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (kap.), 17. Abdullah Zubir, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov 

 

09:32

Bu gün UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz “Qarabağ” ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, oyun saat 22:45-də “Oriel Park”da baş tutacaq.

Matçın baş hakimi Bartoş Frankovski, onun köməkçiləri Marçin Boniek, Yakub Vinkler, dördüncü hakim isə Daniel Stefanskidir. Hakimlər briqadası Polşadandır.

İrlandiyada “Dandolk”la qarşılaşacaq təmsilçimizin oyunu “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.

Cavab matçı iyulun 31-i saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk mərhələdə Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri