Avq
2019
11:12
34
142
2831
Virtual karabakh

Qadın voleybol millimiz Olimpiada şansını Braziliyada itirdi

3 Avq, 2019
11:12
2831

Qadın voleybol millimiz Olimpiada şansını Braziliyada itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Voleybol üzrə qadın millimiz Braziliyanın Uberlandiya şəhərində keçirilən Olimpiya təsnifat xarakterli turnir çərçivəsində növbəti görüşündə uduzub.

Oxu.Az xəbər verir ki, italiyalı Canni Kapraranın baş məşqçisi olduğu yığmamız bu dəfə meydan sahibi Braziliya ilə qarşılaşıb.

İkiqat Olimpiya çempionları ilə görüşdə yığmamız qələbəyə yaxın olub. Komandamız hesabda 2:1 öndə olsa da, sonda təcrübəli braziliyalılar qalib gəlib – 3:2 (25:13, 23:25, 21:25, 25:19, 15:12).

Bununla da Azərbaycan 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına qatılmaq şanslarını tamamilə itirib.

Qeyd edək ki, ilk görüşdə Dominikana 0:3 hesabı ilə uduzmuş millimiz bu gün Bakı vaxtı ilə saat 19:30-da Kamerunla qrupda sonuncu olmamaq uğrunda yarışacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri