UEFA 2018-19 mövsümünün ən yaxşı futbolçusu adına son namizədləri müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, qurum rəsmi saytı vasitəsilə ən yaxşı adına üç namizədin adını açıqlayıb.
Bunlar “Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi, “Liverpul”un və Hollandiya yığmasının müdafiəçisi Vircil van Diyk və “Yuventus”la Portuqaliya millisinin şəfərini qoruyan, hücumçu Kriştianu Ronaldodur.
Adıçəkilən oyunçular fərqli göstəricilərinə əsasən buna layiq görülüblər.
Ötən mövsümün ən yaxşısı avqustun 29-da Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.