Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xorvatların vurduğu qol penalti deyildi? - Millimizin meneceri danışdı
Avro-2020-nin seçmə mərhələsinin Bakıda 1:1 başa çatmış Azərbaycan – Xorvatiya oyununda qonaqların penaltidən vurduğu qol hələ də müzakirə olunur.
Oxu.Az xəbər verir ki, çoxları 11-ci dəqiqədə qapımıza vurulan penalti epizodunda topun sol cinah müdafiəçimiz Anton Krivotsyukun əlinə dəyməməsinə görə penalti verilməli olmadığını düşünür.
Artıq baş məşqçimiz Nikola Yurçeviç də bu epizodla bağlı Xorvatiya mətbuatına danışıb:
“Məndə elə təəssürat yarandı ki, buraxdığımız qol epizodunda penalti yox idi. Komandamızın meneceri telefonunda həmin epizodu göstərəndən sonra izahat almaq üçün dördüncü hakimin yanına getdim”.
Milli komandamızın meneceri Zaur-Hacı Məhərrəmov da Oxu.Az-a açıqlamasında penalti qərarının çox mübahisəli olduğunu bildirib:
“Yurçeviç, həqiqətən, mənə yaxınlaşdı və telefonumda təkrarı göstərməyimi istədi. Təkrara baxdıqdan sonra dedi ki, penalti verməmək olardı. Əllə yox, çiyinlə hərəkət olduğundan, təmiz penalti deyil.
Şəxsən mən də düşünürəm ki, oyunun əvvəli idi, verməmək olardı. Orada Antonun hərəkəti vardı. O sinəsini qabağa verməsəydi, bəlkə də, penalti verilməzdi. Biz federasiya olaraq oyunsonrası baş hakimin qərarından şikayətimizi bildirmədik.
Özünüz də bilirsiniz ki, UEFA bu kimi məsələlərə baxmır. O boyda “Qarabağ”ın “İnter”lə görüşündə açıq-aşkar qolu hakim səhvi ucbatından sayılmadı. Onda etiraz heç bir xeyir vermədisə, şikayət etməyin mənası yoxdur.
Əlbəttə ki, o, emosiyalarla dördüncü hakimə penalti barədə etirazını bildirdi. Amma dördüncü hakim qərarını dəyişən deyil. O bildirdi ki, sakit olun, yerinizdə əyləşin. Orada bundan artıq dialoq ola bilməz”.
Səbuhi Musayev
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"