Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində yarışan idmançımız yarımfinalda iranlı Səid Abdvalini 8:5 hesabı ilə məğlub edib.
Finalda R.Hüseynovun rəqibi gürcüstanlı Laşa Qobadze olacaq.
Bu gün yarımfinal görüşünə çıxan digər pəhləvanımız Eldəniz Əzizli isə məğlubiyyətlə üzləşib. Qazaxıstanlı Korlan Jokanşa son dünya çempionu olan idmançımızı 11:5 hesabı ilə məğlub edib. Güləşçimiz bürüc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.
12:56
Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə başlayıb.
Eldəniz Əzizli (-55 kq) hindistanlı və monqolustanlı rəqiblərini 8:0 və 9:0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Dünya və Avropa çempionumuzun yarımfinaldakı rəqibi qazaxıstanlı Korlan Jakanşa olacaq.
Avropa çempionumuz Rafiq Hüseynov (-82 kq) da yarımfinala çıxıb. Təsnifat mərhələsindən mübarizəyə başlayan idmançımız moldovalı, ukraynalı, qazaxıstanlı rəqiblərini 6:0, 7:0 və 7:1 hesabları ilə məğlub edib. Finala çıxmaq üçün Rafiqin rəqibi Olimpiya mükafatçısı, dünya və Asiya çempionu olmuş iranlı Səid Abdevəlidir.
Yeniyetmələr arasında Olimpiya çempionumuz Elman Muxtarov (-63 kq) və Sənan Süleymanov (-72 kq) isə müvafiq olaraq 1/8 və 1/4 finalda uduzub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və İTV-dən canlı yayımlanacaq.
Rəylər