16 
Sen
2019
15:53
30
286
2667
Virtual karabakh

“Formula-1” Azərbaycan Qran-Prisinin biletləri nə vaxt satışa çıxarılacaq? - RƏSMİ

16 Sen, 2019
15:53
2667

“Formula-1” Azərbaycan Qran-Prisinin biletləri nə vaxt satışa çıxarılacaq? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə “Formula-1”in Azərbaycan mərhələsi 5-7 iyun tarixlərində keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan Qran-Prisi vaxtı yenə bütün dünyanın gözü ölkəmizin paytaxtı Bakıda olacaq.

Bəs biletlər nə vaxt satışa çıxarılacaq?

Məsələ ilə bağlı Bakı Şəhər Halqası şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nigar Arpadarai ilə əlaqə saxladıq. O, biletlərin satışa çıxma vaxtını Oxu.Az-a açıqlayıb:

“Hələlik “Formula-1” ilə bağlı planlama işləri gedir. Adətən, yarışın başlamasına altı ay qalmış biletlərin satışına başlayırıq. Böyük ehtimalla, bu dəfə də ilin sonunda – noyabr-dekabr aylarında biletlər satışa çıxarılacaq”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri