16 
Sen
2019
17:37
405
24
6388
Virtual karabakh

UEFA “Qarabağ”a dörd milyon avro verdi

16 Sen, 2019
17:37
6388

UEFA “Qarabağ”a dörd milyon avro verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Futbol Klubuna cari mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən 2 milyon 750 min avro vəsait ayrılıb.

Oxu.Az xəbər verir ki, artıq vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. 

Qeyd edək ki, bu vəsait Avroliqanın qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, “Qarabağ” FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə, UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Bu isə o deməkdir ki, Ağdam klubu UEFA-dan təxminən 4 milyon avro qazanc əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri