Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Messi bir müddət “oyundankənar vəziyyətdə” qalacaq
Kataloniyanın “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messinin bud əzələsində dartılma qeydə alınıb.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Messinin yaşıl meydana nə zaman qayıdacağı, hələlik, bəlli deyil. Bircə o məlumdur ki, futbolçu bu yaxınlarda keçirləcək oyunlarda iştirak edə bilməyəcək.
Xatırladaq ki, Messi komandasının “Vilyarreal”la oyunun ilk dəqiqələrində zədə alıb meydançanı tərk etmiş, ikinci hissəyədək olan fasilədən sonra isə onu Usman Dembele əvəzləmişdi.
İlk əvvəl komanda rəhbərliyi Messinin zədəsinin ciddi olmadığını düşünsə də, bu gün hücumçunun bir neçə oyunda iştirak edə bilməyəcəyi bəlli olub.
"Argentina" teqi üzrə xəbərlər
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
- Nobel mükafatı laureatı Argentinanı gözləyən fəlakət barədə xəbərdarlıq etdi
- Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
- Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi
- Argentina BCM-dən Maduronun həbsinə order verilməsini tələb edir
Rəylər