Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
G20 ölkələrinin liderləri birgə bəyannamə qəbul etdilər
Argentinada təşkil olunan G20 ölkələrinin liderlərinin Zirvə Görüşünə aid bəyanatlar imzalanıb.
Oxu.Az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Buenos-Ayresdə baş tutan görüşün yekunlarına əsasən, bundan sonrakı görüşlər 2019-cu ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçiriləcək.
Sammitdən sonrakı mətbuat konfransında Argentina prezidenti Maurisio Makri bildirib ki, onlar ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə ediblər.
31 maddədən ibarət yekun bəyanatda bildirilib ki, beynəlxalq bir işlək mexanizmin olması çox önəmlidir.
Zirvə görüşünün əsas yekun nəticəsi iqlim dəyişikliyi ilə mübarizə olub. Belə ki, “Paris İqlim Müqaviləsi”nin tamamilə tətbiqi barədə razılaşma qüvvədə qalıb. ABŞ bu müqaviləyə qoşulmayıb və bildirilib ki, onlar iqlimə heç bir zərər vermədən bütün enerji qaynaqlarından istifadə etmək niyyətindədirlər.
Bununla, bəyanatın son maddəsinə sadəcə ABŞ qoşulmayıb. Digər bütün maddələr yekdilliklə qəbul edilib.
Oxu.Az yeniləndi!
"Argentina" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlanıb
- Argentinada məşhur müğənninin ölümünə görə beş nəfərə qarşı ittiham irəli sürülüb
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
Rəylər