Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Avstraliyada turist dezodorantda gizli kamera tapdı](https://images.oxu.az/2019/03/28/14/10/42/c6909715-180d-49b5-aa1c-b39632f7a7d7/danda-3:1200.jpg)
Avstraliyada turist dezodorantda gizli kamera tapdı
Avstraliyaya səyahət edən fransız turist qaldığı hosteldə dezodorontda gizli kamera aşkarlayıb.
“Daili Mail” nəşrinin yazdığına görə, insident Sidneyin populyar Bondi çimərliyi yaxınlığında yerləşən hosteldə baş verib.
Qadın ümumi hamamda duş qəbul edib. Çimdikdən sonra əlüzyuyanın yanında içində tualet ləvazimatları olan çanta tapıb.
Baxış keçirdikdən sonra orada olan dezodoranta gizli kameranın quraşdırıldığını müəyyən edib. Turist polisə zəng vurmazdan əvvəl sübut olsun deyə şəklini kamera ilə çəkib.
Hüquq-mühafizə orqanları əməkdaşları aparılan araşdırmadan sonra hosteldə yaşayan honkonqlu bir kişini saxlayıb.
Axtarış zamanı onun əşyaları arasında gizli kamera detalları, həmçinin, görüntülərin yazılması üçün bir neçə disk və yaddaş cihazı aşkarlanıb.
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı
Rəylər