Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: “Haber Global”ın yayımladığı peyk görüntüləri Ermənistanı ifşa etdi - FOTO
“Haber Qlobal” bir neçə gün əvvəl Ermənistan ordusunun qeydiyyatda olan “Su-30” tipli dörd döyüş təyyarəsini pilotlarla birlikdə martın 25-də Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya göndərilməsi ilə əlaqədar xəbər geniş rezonans doğurub.
“Haber Global” bu xəbəri dərc etdikdən sonra Ermənistan tərəfi inkar variantına əl ataraq məlumatı təkzib etmək yolunu tutub.
Xəbərə Ermənistanın baş naziri Nikol Paşinyan da reaksiya verib.
O, bu “xəbərin doğru olmadığını” iddia edərək, “təyyarələrimiz heç vaxt ərazimizi tərk etməyib” açıqlamasını verib.
Lakin Haber Global Ermənistan tərəfinin iddialarını ifşa edən peyk görüntülərini əldə edib.
Belə ki, 18 mart 2022-ci ildə çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 ədəd “SU-30 “tipli döyüş təyyarəsi görünüb.
Lakin martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərənin olduğu ortaya çıxıb. Görüntülərdə Rusiyaya göndərilən “SU-30” təyyarələrinin olmadığı görünür. Onların olduğu yerdə “MiQ-29” döyüş təyyarəsinin olduğu aydın əks olunub.
Qeyd edək ki, “SU-30” döyüş təyyarəsi reaktiv mühərriki “F-14” və “F-15” təyyarələri ilə rəqabət aparmaq üçün hazırlanmışdır.
Ermənistan 2019-cu ildə Rusiyadan dörd ədəd “SU-30 sifariş” verib. Bu təyyarələrin çatdırılması 2020-ci ilin may ayında baş tutub.
Lakin Ermənistan sözügedən təyyarələrin xidmətindən istifadə etməyib və yuxarıda da qeyd edildiyi kimi martın 25-də onları Rusiya ordusunun istifadəsinə verib. Həmçinin “SU-30”ların erməni pilotları da Rusiyaya uçub.
Məlumatda qeyd edilir ki, təyyarələr 23 mart 2022-ci ildə Rusiyaya göndərilib. Onların yola düşmə yeri İrəvandakı Erebuni aviabazası olub.
Əldə edilən məlumatda erməni pilotların idarə etdiyi dörd “SU-30” döyüş təyyarəsinin yerli vaxtla saat 12:50-də havaya qalxması qeyd olunub. Təyyarələr təxminən 25 dəqiqə sonra Rusiyaya çatıblar.
Öz növbəsində, peyk fotoşəkillərində olan hərəkət trayektoriyası da bunu sübut edir.
“Beləliklə, Ermənistan öz təyyarələrini və pilotlarını rus ordusunun sərəncamına verməklə Ukraynaya təcavüzün ortağı olduğunu və Rusiyanın başladığı müharibədə tərəf seçdiyini əyani nümayiş etdirmiş oldu. Artıq Ermənistan da Rusiya kimi Qərbin sanksiyalarının hədəfinə çevrilər bilər”, – məqalədə qeyd olunur.
Artıq xəbər beynəlxalq mətbuatda da böyük əks-səda doğurub. Məxfi məlumatların mətbuata sızması Ermənistan və Rusiya arasında da diplomatik gərginlik yaradıb.
Bundan əlavə, Ermənistana təyyarələrin saxlanıldığı yeri doldurmaq və hadisəni ört-basdır etmək üçün tələsik Suriyadan dörd “SU-30” tipli döyüş təyyarəsi gətirilib.
Lakin Ermənistana məxsus təyyarələrin heç vaxt ölkəni tərk etmədiyi görüntüsü yaratmağa cəhd edilsə də, peykdən çəkilmiş fotoşəkillər bütün məsələləri ifşa edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda futbolçular məvaciblərini tələb edirlər
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı
- Bu xəbərləri qaçırmayın: 18.11.2024-ün ən mühüm hadisələri
Rəylər