İranda qəzaya uğramış ABŞ qırıcısının iki ekipaj üzvündən biri xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı Qərbdəki mənbəyə istinadən məlumat yayıb.
ABŞ Silahlı Qüvvələri İran səmasında vurulan "F-35" qırıcısının iki pilotunu xilas etmək üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.
Oxu.Az bildirir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verir.
"Tasnim" agentliyinin məlumatına əsasən, itkin düşmüş pilotların axtarışı əməliyyatına İsrail qüvvələri də qoşulub.
Xatırladaq ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus "F-35" qırıcısının pilotunun əsir götürüldüyünü bəyan edib.