Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-nin mümkün defolt tarixi açıqlandı
2025-ci ilin iyul ayının ortalarında ABŞ-nin hesabları ödəmək üçün pulu qurtara və ölkə defolt elan etməyə məcbur ola bilər.
Oxu.Az-ın "New York Times"a istinadən xəbər verdiyinə görə, bu proqnoz İkipartiyalı Siyasət Mərkəzinin ekspertləri tərəfindən irəli sürülüb.
Lakin bu, yalnız Konqresin dövlət borcunun limitini bir daha artırmaması halında baş verəcək. Nəzərdə tutulan defoltun qarşısını almaq üçün Konqresin dövlət borcunun limitini yenidən artırması lazımdır.
Qeyd edək ki, 2023-cü ilin iyununda qanunvericilər dövlət borcunun 31.4 trilyon dollar limitini 2025-ci il yanvarın 1-dək dayandırmaq qərarına gəlmişdilər. Hazırda bu borc 37 trilyon dollara yaxınlaşır.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp süni intellektlə bağlı qorxularından danışdı
- ABŞ-nin Ermənistandakı səfiri geri çağırıldı: Hakim qarşısına çıxarılır
- ABŞ-li pilot pasportunu unutdu: Təyyarə geriyə dönməli oldu
- Tramp: "Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib"
- Ukraynada sülhə nə mane olur? - ABŞ kəşfiyyatı açıqladı