Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünyanın ən yaşlı atı öldü
Dünyanın ən yaşlı cins ərəb atı olan "Eçokett" ("Echoquette") 36 yaşında ölüb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, at qəfil qaraciyər çatışmazlığından ABŞ-də həyatını itirib.
"Eçokett"in sahibi Endryu Haus onunla ilk tanışlıqlarından danışıb.
"Onu ilk dəfə 1993-cü ildə İsveçrədəki tövləsində görmüşdük. Başını yana əyərək maraqla bizə baxması dərhal bizi valeh etdi və onu həyatımızın ilk atı olaraq seçdik", - deyə o bildirib.
Haus ailəsi bildirib ki, "Eçokett" yeni dərman istifadəsi zamanı ortaya çıxan qəfil qaraciyər çatışmazlığından ölüb.
"Əgər lazımi testlər aparılmış olsaydı, yəqin ki, bu problemi vaxtında aşkarlayıb tədbir görə bilərdik", - deyə ailə açıqlamasında qeyd edib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq
- İkiqat olimpiya mükafatçısı polis əməkdaşına hücum etdiyinə görə həbs edilib
- Bayden ABŞ-nin ən qədim poladəritmə şirkətini yaponlara satmaqdan imtina etdi
- Kaliforniyalı sörfçü tutduğu dalğa ilə rekordu yenilədi: Heyrətamiz görüntülər
- ABŞ-də təyyarə mebel zavodunun üzərinə düşdü: Ölən və yaralananlar var
Rəylər