Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İnternetdə Ukrayna üzərində vurulmuş “Boeing”in videosu yayılıb – VİDEO
Associated Press (AP) Agentliyi internetdə daha öncə heç kimin görmədiyi Donetsk ətrafında Malayziya “Boeing”inin qəzaya uğramasının həvəskar çəkilişini yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, çox güman ki, bu, hadisədən sonra ilk çəkilişdir.
Çarx qəza yerindən bir neçə metrlikdə, Qrabovo kəndinin yaşayış yerlərinin yaxınlığında çəkilib.
Yerli sakinlər videoda təyyarə qəzası ilə bağlı ehtimallarını söyləyirlər. Əsasən də təyyarənin raket ilə vurulduğu versiyası müzakirə edilir.
Qalıqların çoxluğunu görən bir sakin iki təyyarənin düşdüyünü söyləyib. AP qeyd edir ki, yerli sakinlər təyyarəni hərbi təyyarə hesab edirlər.
Xatırladaq ki, “Malaysiya Airlines” aviaşirkətinin Amsterdam-Kuala-Lumpur marşrutlu “Boeing 777” təyyarəsi iyul ayının 17-də Donetsk vilayətində qəzaya uğrayıb. Təyyarədə 298 nəfər olub, onların hamısı həlak olub. Kiyev qəzada separatçıları günahlandırıb, amma onların belə hündürlükdə təyyarə vurmağa imkan verəcək vasitələrə malik olmadıqlarını söyləyiblər.
More ABC US news | ABC Health News
Mövzuya aid xəbərlər
- “Boeing”-də həlak olanların ailələrinə kompensasiya veriləcək
- Air Algerie təyyarəsi Nigeriya paytaxtının yaxınlığında qəzaya uğrayıb
- Separatçıdan Ukraynada vurulan təyyarə ilə bağlı mühüm etiraf – FOTO
- “Qara qutular” Malayziya ekspertlərinə verildi – FOTO
- “Boeing 777” təyyarəsinin düşdüyü ərazidə meyitlərin axtarışı sona çatıb