Peruda baş verən güclü zəlzələ nəticəsində altı nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes RPP radiostansiyasına açıqlamasında məlumat verib.
"Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik və zərər çəkmiş bir neçə əraziyə baş çəkmişik", - deyə o bildirib.
Hökumət başçısının sözlərinə görə, zəlzələ nəticəsində 250-dən çox yaşayış evi zərər görüb, 48 bina isə tamamilə dağılıb.
Hazırda aidiyyəti qurumlar dağıntıların miqyasını müəyyənləşdirmək və zərərçəkənlərə yardım göstərmək üçün işlərini davam etdirirlər.
Peruda 5.6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri 300 000-dən çox əhalisi olan Uankayo şəhərindən 131 km cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı 22 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.