“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “atlılar” II təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu mübarizədən kənarlaşdıra bilsələr, növbəti raundda “Aris” (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcəklər.
Komanda ilk matçı evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.
11:09
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Oxu.Az xəbər verir ki, “atlılar” II raundda Polşanın “Rakuv” klubunu mübarizədən kənarlaşdırsalar, “Şerif” (Moldova) - “Makkabi” (Hayfa, İsrail), “Aris” (Kipr) - BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstan AEK-i ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.
09:40
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, “Qarabağ”ın Polşa “Rakuv”u ilə əmələ gətirdiyi cütün də potensial rəqibləri bəlli olacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. “Qarabağ”ın Polşa çempionu ilə cütü daha yüksək reytinqə malik olduğundan güclülər səbətində yer alacaq və nisbətən zəif komandaya rəqib olacaq.
Daha sonra Azərbaycan çempionunun UEFA Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi “Rakuv” səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.
Bu püşkatma isə bir saat sonra start götürəcək. “Qarabağ” burada ÇL-in ikinci təsnifat mərhələsinin doqquz cütünün məğlublarından biri ilə üz-üzə gələcək.
Çempionlar yolu
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Astana” (Qazaxıstan)
“Breydablik” (İslandiya) - “Kopenhagen” (Danimarka)
“Jalgiris” (Litva) - “Qalatasaray” (Türkiyə)
“Rakuv” (Polşa) - “Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina)
“Molde” (Norveç) - HIK (Finlandiya)
Səpələnməmişlər
“Ludoqorets” (Bolqarıstan) - “Olimpiya” (Sloveniya)
“Şerif” (Moldova) - “Makkabi” (Hayfa, İsrail)
“Aris” (Kipr) - BATE (Belarus)
“Sparta” (Praqa, Çexiya)
AEK (Yunanıstan)
“Klaksvik” (Farer adaları) - “Heken” (İsveç)