Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri bu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabr ayının 7 -də Xaçmaz rayonunda və 28 noyabrda Lənkəran rayonunda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov noyabrın 7-də Abşeronda, Baş prokuror Zakir Qaralov 14 noyabr Salyan və 27 noyabr Tərtər rayonunda, Ədliyyə naziri Fikrət Məmmədov 14 noyabr Qubada, Gənclər və İdman naziri Azad Rəhimov 14 noyabr Qəbələ şəhərində, İqtisadiyyat və sənaye naziri Şahin Mustafyev 14 noyabr İmişli rayonunda ,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 18 noyabr Tərtər rayonunda, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 19 noyabr Salyan rayonuda, Verdilər naziri Fazil Məmmədov 20 noyabr Kürdəmirdə, Dövlət sərhəd Xidmətinin rəisi Elçin Quliyev 20 noyabr Füzulidə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 20 noyabrda Sumqayıt şəhərində, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 21 noyabr Astarada, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 21 noyabr Kürdəmirdə, Səhiyyə naziri Oktay Şirəliyev 21 noyabr Yevlaxda, Təhsil naziri Mikayıl Cabbarov 21 noyabr Saatlıda, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 21 noyabr Abşeronda, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 25 noyabr Lənkəranda, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 28 noyabr Şəmkirdə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 noyabr İmişlidə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 noyabr Mingəçevirdə, Nəqliyyat naziri Ziya Məmmədov 28 noyabr Saatlıda, Dövlət Gömrük komitəsi sədri Aydın Əliyev 28 noyabr Hacıqabulda, Daxili işlər naziri Ramil Usubov 29 noyabr Sumqayıtda vətəndaşları qəbul edəcək.
| Mərkəzi icra hakimiyyəti orqanı | Qəbul günü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar |
| Heydər Əsədov Kənd təsərrüfatı naziri | 07 | Xaçmaz | Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı |
| 28 | Lənkəran | Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara | |
| Qərib Məmmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri | 07 | Abşeron | Abşeron, Sumqayıt, Qobustan |
| Zakir Qaralov | 14 | Salyan | Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı |
| 27 | Tərtər | Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın | |
| Fikrət Məmmədov Ədliyyə naziri | 14 | Quba | Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən |
| Azad Rəhimov | 14 | Qəbələ | Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, İsmayıllı |
| Şahin Mustafayev | 14 | İmişli | İmişli, Saatlı, Beyləqan |
| Məleykə Abbaszadə | 18 | Tərtər | Tərtər, Yevlax, Ağdaş, Bərdə |
| Elman Mehdiyev | 19 | Salyan | Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Cəlilabad |
| Fazil Məmmədov Vergilər naziri | 20 | Kürdəmir | Kürdəmir, Ucar, Zərdab |
| Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi | 20 | Füzuli | Füzuli, Beyləqan |
| Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi | 20 | Sumqayıt | Sumqayıt, Abşeron, Qubadlı |
| Əbülfəs Qarayev | 21 | Astara | Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı |
| Əli Abbasov | 21 | Kürdəmir | Kürdəmir, Ucar, Göyçay, Ağdaş, Qəbələ, Mingəçevir, Qəbələ, İsmayıllı |
| Oqtay Şirəliyev Səhiyyə naziri | 21 | Yevlax | Yevlax, Mingəçevir, Goranboy, Ucar, Zərdab, Ağdaş, Göyçay |
| Mikayıl Cabbarov | 21 | Saatlı | Saatlı, Sabirabad, İmişli, Beyləqan, Şirvan, Hacıqabul |
| Kərəm Həsənov | 21 | Abşeron | Abşeron, Sumqayıt, Qubadlı |
| Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri | 25 | Lənkəran | Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar, Cəbrayıl |
| Hüseynqulu Bağırov | 28 | Şəmkir | Şəmkir, Gəncə, Gədəbəy, Samux |
| Səlim Müslümov | 28 | İmişli | İmişli, Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli |
| Kəmaləddin Heydərov | 28 | Mingəçevir | Mingəçevir, Yevlax, Naftalan, Ağdaş, Goranboy |
| Ziya Məmmədov | 28 | Saatlı | Saatlı, İmişli, Beyləqan |
| Aydın Əliyev Dövlət Gömrük Komitəsinin sədri | 28 | Hacıqabul | Hacıqabul, Şirvan, Kürdəmir |
| Ramil Usubov | 29 | Sumqayıt | Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan |