Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik böyük mətbuat konfransında rusiyalı məşhur rok ifaçısı, aparıcı, şair, aktyor Serqey Şnurovla dialoqu böyük maraq doğurub.
Bu barədə RT kadrlar təqdim edib.
“Adi bir rusiyalı - burada söhbət əksəriyyətdən, sadə vətəndaşdan gedir - bu həyatı söyüş söymədən necə təsvir edə bilər?”- Sergey Şnurov prezidentə sual verib.
Onu da vurğulayaq ki, S.Şnurov öz çıxışlarında leksikondan kənar ifadələr işlətməsi ilə tanınır.