Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Oxu.Az xəbər verir ki, yanvarın 26-dan fevralın 1-dək olan siyahıda paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə dörd tamaşa oynanılacaq.
Yanvarın 28-də saat 19:00-da A.Saqarelinin "Xanuma" tamaşası olacaq.
Biletlərin qiyməti 8-15 manatdır.

Yanvarın 29-da saat 19:30-da "Axtarış" hibrid tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Biletlərin qiyməti 10-50 manatdır.

Yanvarın 31-də saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Biletlərin qiyməti 10-20 manatdır.

Fevralın 1-də saat 19:00-da N.V.Qoqolun "Müfəttiş" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT):
Yanvarın 27-də saat 12:00-da Şarl Perronun "Büllur başmaq" nümayiş etdiriləcək.
Nağıl-tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
Biletlərin qiyməti: 8-12 manat.

Yanvarın 30-da saat 19:00-da Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu" nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru "Qızıl maska" mükafatı laureatı Konstantin Soldatovdur.
Biletlərin qiyməti: 10-15 manat.

Yanvarın 31-də saat 12:00-da Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8-12 manat.

Yanvarın 1-də saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri əsasında hazırlanan ikihissəli faciə oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti: 10-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Yanvarın 29-da saat 19:00-da "Paris Notr-Dama ithaf" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Yanvarın 30-da, saat 12:00-da "Arşın mal alan" (ikihissəli operetta) tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.
Biletlərin qiyməti: 10 manat.

Yanvarın 30-31-də saat 19:00-da "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Yanvarın 31-də saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 5-15 manat.

Fevralın1-də saat 19:00-da "P.A.N.D.A." tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru isə Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayında:
Yanvarın 31-də saat 20:00-da türk pop-musiqisinin heyranedici səsi Gökselin konserti olacaq.
Biletlərin qiyməti 39-199 manatdır.
Əzizə İsmayılova