Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirləri afişasını təqdim edirik.
Oxu.Az xəbər verir ki, dekabrın 1-dən 7-dək olan siyahıda paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə beş tamaşa oynanılacaq.

Dekabrın 2-də, saat 19:00-da Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş "Dar ağacı" tamaşası oynanılacaq.
Faciə janrında olan tamaşanın quruluşçu rejissoru Mirbala Səlimlidir.
Biletlərin qiyməti: 8-15 manat.

Dekabrın 4-də, saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" tamaşası oynanılacaq.
Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Dekabrın 5-də, saat 19:00-da Kamal Abdullanın "Sehrbazlar dərəsi" tamaşası oynanılacaq.
Komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti: 10-25 manat.

Dekabrın 6-da, saat 19:00-da Maqsud İbrahimbəyovun "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" tamaşası oynanılacaq.
Komediya janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti: 15-30 manat.

Dekabrın 7-də, saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında hazırlanan "Baş" tamaşası oynanılacaq.
Tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-20 manat.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində bu həftə yeddi tamaşa oynanılacaq.

Dekabrın 2-də, saat 19:00-da Azərbaycan Dövlət YUĞ Teatrının "Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti: 5-20 manat.

Dekabrın 5-də, saat 11:00-da Nobel mükafatçısı Redyard Kiplinqin eyniadlı əsəri əsasında hazırlanan "Mauqli" tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 8-12 manat.

Dekabrın 5-də, saat 19:00-da Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
Biletlərin qiyməti: 10 manat.

Dekabrın 6-da, saat 12:00-da Pərvin Nurəliyevanın "Qızıl balıq" (A.S.Puşkinin nağılının motivləri əsasında) tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 8-12 manat.

Dekabrın 6-da, saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 10-15 manat.

Dekabrın 7-də, saat 12:00-da Yuri Entin, Vasili Livanovun "Bremen musiqiçiləri" tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti: 8-12 manat.

Dekabrın 7-də, saat 19:00-da Jan Anuyun "Antiqona" tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir.
Biletlərin qiyməti: 10-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu həftə tamaşaçılarına yeddi tamaşa təqdim edəcək.

Dekabrın 4-də, saat 19:00-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" ikihissəli operettası oynanılacaq.
Musiqili dram janrında olan tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.
Biletlərin qiyməti: 10-20 manat.

Dekabrın 5-də, saat 19:00-da Ramiz Mirişli, Marat Haqverdiyevin "Amerikalı kürəkən" tamaşası oynanılacaq.
Musiqili komedyia janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Biletlərin qiyməti: 8-15 manat.

Dekabrın 6-da, saat 12:00-da "Buratino" (A.Rıbnikov, A.Tolstoy) nağıl-tamaşası oynanılacaq.
Biletlərin qiyməti: 7 manat.

Dekabrın 6-da, saat 19:00-da dünya şöhrətli musiqiçi Elvis Preslinin ölməz əsərləri əsasında "Sən kralsan" tamaşası oynanılacaq.
Müzikl janrında olan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Ələkbər Tağızadədir.
Biletlərin qiyməti: 10-25 manat.

Dekabrın 7-də, saat 12:00-da "Qırmızı papaq" (Emin Sabitoğlu, Yevqeniy Şvarts) nağıl-tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Qrafkindir.
Biletlərin qiyməti: 7 manat.

Dekabrın 7-də, saat 18:00-da Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında "Utancaq qız" monotamaşası oynanılacaq (kiçik səhnədə).
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8 manat.

Dekabrın 7-də, saat 19:00-da Xalq artisti Fikrət Əmirovun musiqiləri və "1001 gecə" nağıllarının motivləri əsasında "999-cu gecə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8 manat.
Heydər Əliyev Sarayı bu həftə 3 konsertə ev sahibliyi edəcək.

Dekabrın 3-də, saat 20-də Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş "Bir Məhəbbət var idi... " adlı yaradıcılıq gecəsi keçiriləcək.
Biletlərin qiyməti: 35-160 manat.

Dekabrın 6-da, saat 19:00-da EMİN solo konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq.
Biletlərin qiyməti: 30-220 manat.

Dekabrın 7-də, saat 18:30-da "Harri Potter"in əfsanəvi dünyasına həsr olunmuş unikal konsert.
Biletlərin qiyməti: 30-100 manat.
Beynəlxalq Muğam Mərkəzi:

Dekabrın 1-də, saat 19:00-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan, Cahangir Cahangirov adına Xorun "Səninlə dünyada bəxtiyaram mən" adlı konserti keçiriləcək.
Biletlərin qiyməti: 15-35 manat.

Dekabrın 2-də, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəsgahlarında" "Zabul segah" dəsgahı təqdim olunacaq.
Biletlərin qiyməti: 5-15 manat.

Dekabrın 3-də, saat 18:00-da gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin 45 illiyinə həsr olunmuş konsert
Biletlərin qiyməti: 5 manat.
Əzizə İsmayılova