Amerika Birləşmiş Ştatlarında yaşayan tanınmış teleaparıcı Günel Musəvinin təsis etdiyi “Every Azeri” onlayn jurnalı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə videoçarx ərsəyə gətirib.
Oxu.Az xəbər verir ki, videoçarxda xaricdə yaşayan azərbaycanlı xanımların bayram təbriki səsləndirilib. Kadrlarda Günel Musəvi, Leyla Cavadova, Aygün Rüstəmli, Hökumə Kərimova, Könül İskəndərova, Züleyxa Əsədzadə yer alıblar.
Qeyd edək ki, “Every Azeri” jurnalı iki dildə, Azərbaycan və ingilis dilində fəaliyyət göstərir.
Aytən Sadıqzadə
www.oxu.az