Məşhur aktyor Stiven Siqal Rusiya vətəndaşlığını aldıqdan sonra Amerika Birləşmiş Ştatlarında ona məxsus olan bütün daşınmaz əmlakı satıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, aktyorun üç malikanəsi artıq satılıb. O, Tennessi ştatında yerləşən 743 kvadratmetrlik ilk mülkünü 2017-ci ildə 880 min dollara satıb. 2021-ci ildə sənətçinin Arizonadakı evi 3,55 milyon dollara, 2022-ci ildə isə Kaliforniyadakı villası 7 milyon dollara satılıb.
"SHOT" qeyd edir ki, Siqal öz vətənində dələduzluq xarakterli investisiya layihəsinin reklamı ilə bağlı məhkəmə işində cavabdeh şəxs kimi iştirak edib. Nəşrin məlumatına əsasən, iddiaçılar ona məhkəmə sənədlərini təqdim edə bilməyiblər, çünki müraciət etmək üçün hər hansı bir ünvan tapılmayıb.
Xatırladaq ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını əldə edib.