Türkiyəli müğənni Sərdar Ortaç sentyabrın 20-də “Yaşıl Teatr”da konsert verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Axşam.az saytına açıqlamasında tədbirin təşkilatçısı Nahid Emiloğlu məlumat verib.
Onun sözlərinə görə, sənətçi böyük orkestrı ilə birlikdə Bakıya gələcək:
“Sərdar yeni albomundan olan mahnılarını səsləndirəcək. Maraqlı gecə hazırlayacağımıza əminəm”.