Sen
2021
16:36
23
170
11227
Virtual karabakh

Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazilərdədir? - SİYAHI + FOTO

Ölkə üzrə COVID-19-a yoluxmanın ən çox qeydə alındığı şəhərlərin statistikası açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib. 

Məlumata əsasən, koronavirusa yoluxma halları ilə bağlı ən yüksək göstərici 54,6 faizlə Bakı şəhərinin payına düşür. 

Yoluxma digər bölgələr üzrə Abşeronda 13,3 faiz, Aran zonasında 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Quba-Xaçmazda 3 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,3 faiz, Naxçıvanda yoluxma 0,06 faizdir.

Koronavirusa yoluxma hallarının 0,4 faizi isə ölkə xarici yoluxmaların payına düşür.

Xatırladaq ki, koronavirusa yoluxma üzrə aparılan araşdırmaya görə, virusa yoluxanların 51 faizi qadınlar, 49 faizi kişilərdir.

Eyni zamanda yoluxanların 3 %-i 0-9 yaş arası, 6 %-i 10-19 yaş qrupu aralığında olan şəxslərdir. 21 faizlə yoluxanların çoxu 30-39 yaş qrupu aralığına düşür. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri