Fev
2022
14:48
32
180
4099
Virtual karabakh

Sürücülərin NƏZƏRİNƏ: Yollar buz bağlayacaq

4 Fev, 2022
14:48
4099

Sürücülərin NƏZƏRİNƏ: Yollar buz bağlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 5-nə respublikanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevral ayının 5-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Göyçay-Ucar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Naxçıvan-Şahbuz, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın, Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 400-700 metrədək məhdudlaşacaq.

Bildirilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri