Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Olimpiya çempionumuz canlı yayımda kövrəldi - VİDEO
Gənclər və İdman Nazirliyi və “İdman” TV-nin birgə layihəsi olan “Evdə qal, idmansız qalma” verilişinin bugünkü qonağı idman gimnastikası üzrə azərbaycanlı olimpiya çempionu Valeri Belenki olub.
Oxu.Az-ın xəbərinə görə, 1992-ci il Olimpiadasının komanda şəklində çempionu, fərdi mübarizədə bürünc medalçısı olmuş 50 yaşlı Belenki həmin dövrləri xatırlayarkən kövrəlib.
O, “Azərbaycanla bağlı ən çox nədən ötrü darıxmısınız?” sualına tam cavab verə bilməyib. “Fəxr edirəm ki, Bakıda doğulmuşam” deyən Belenki qəhərlənərək, fikirlərini tamamlamaqda çətinlik çəkib.
Qeyd edək ki, Bakıda yəhudi ailəsində anadan olmuş Valeri Belenki SSRİ millisi ilə üçqat dünya çempionu olub. O, 1992-ci ildə müstəqil Azərbaycanın ilk olimpiya çempionlarından sayılır (həmin Olimpiadada ilk çempionumuz cüdoçu Nazim Hüseynov olub – S.M.). 1992-ci il Olimpiadasında Azərbaycan Birləşmiş komanda və ya MDB yığması adı altında çıxış etsə də, qaliblərə görə həmin ölkənin himni və bayrağı qaldırılırdı.
Valeri Belenki o dövrlərdə Azərbaycanda Gimnastika Federasiyası olmadığından, 1994-cü ildən Almaniyanın Ştutqart şəhərinə köçüb. O, 1996-cı il Olimpiadasında Almaniya adından çıxış edib. Bir il sonra o, Lozannada dördüncü dəfə dünya çempionu olub.
2015-ci ildə ABŞ-ın Oklahoma şəhərində Beynəlxalq Gimnastikanın Şərəf Zalına Valeri Belenkinin də adı yerləşdirilib. Dünya idman gimnastlarının adları yerləşdirilmiş bu zalda Belenkinin qarşısında SSRİ ilə bərabər Azərbaycandan olduğu da göstərilib.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Keçmiş kansler xəstəxanaya yerləşdirildi: Emosional tükənmə diaqnozu ilə
- Almaniyadan Türkiyə üçün mühüm viza qərarı
- Azərbaycanlı professor: "20 il ərzində 100 həmyerlim Almaniyada işləmək üçün müraciət edib"
- Almaniyanın keçmiş prezidenti vəfat edib
- Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edildi
Rəylər