28 
Mar
2023
00:38
405
157
7514
Virtual karabakh

AVRO-2024: Millimiz İsveçlə oyunda beş top buraxaraq məğlub oldu - YENİLƏNİB + VİDEO

28 Mar, 2023
00:38
7514

AVRO-2024: Millimiz İsveçlə oyunda beş top buraxaraq məğlub oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisi İsveçlə qarşılaşmada 5:0 hesabı ilə məğlub olub.

00:38

Azərbaycan millisi İsveçlə qarşılaşmada beşinci topu qapısında görüb. 89-cu dəqiqədə A.Elanqa hesabı 5:0-a çatdırıb.

00:32

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab yenidən dəyişib. 88-ci dəqiqədə J.Karlsson hesabı 4-0-a çatdırıb.

00:23

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab dəyişib. 79-cu dəqiqədə meydan sahibləri hesabı 3:0 ediblər.

00:10

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab dəyişib. Meydan sahibləri fərqi iki topa çatdırıblar.

23:49

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmanın ikinci hissəsi start götürüb. İlk hissədən sonra millimiz minimal fərqlə geridədir.

23:33

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmanın ilk hissəsi başa çatıb. İlk hissədən sonra millimiz bir top fərqi ilə geridədir.

23:23

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab açılıb. Meydan sahiblərinin heyətində E.Forsberq fərqlənib.

22:45

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşma start götürüb.

21:36

AVRO-2024-ün seçmə mərhələsinin II turunda üz-üzə gələcək İsveç və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 2. Linus Valkvist, 6. Qabriel Qudmundsson, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 10. Emil Forsberq, 21. Deyan Kuluşevski, 17. Viktor Dyekereş, 9. Aleksander İsak

Baş məşqçi: Yan Andersson

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Stokholm şəhərindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri