19 
Apr
2021
10:00
88
12
1490
Virtual karabakh

Britaniyada “düşmən dövlətlər”ə qarşı mübarizə üçün yeni qayda

19 Apr, 2021
10:00
1490

Britaniyada “düşmən dövlətlər”ə qarşı mübarizə üçün yeni qayda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya səlahiyyətliləri “düşmən dövlətlərin” hərəkətlərinə qarşı mübarizə üçün yeni qanun tətbiq etmək niyyətindədir.

“The Times” məlumat verir ki, ölkənin Baş naziri Boris Conson “Rusiya və Çinin hərəkətləri ilə bağlı artan narahatlıqlar fonunda” qanunun qəbul edilməsini planlaşdırır.

Qəzetin yazdığına görə, yeni tədbirləri elan etmək üçün kraliça II Yelizavetanın çıxışından istifadə edilib.

Yeni qanuna əsasən, Britaniyada xarici ölkələrin hökuməti adından işləyən hər kəs ölkədə olmaqları ilə bağlı qeydiyyata düşməlidir. Bu tələbin pozulması cinayət əməli hesab olunacaq.

Bundan əlavə, Britaniya hökuməti dövlət sirləri haqqında qanunu yeniləmək niyyətindədir. Qanunun müddəaları “xaricdən Britaniyanın maraqlarını pozmağa çalışan” şəxslərə qarşı istifadə ediləcək. Söhbət xüsusilə, “düşmən dövlətlər adına” çalışan hakerlərdən gedir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri