17 
Noy
2014
12:30
7
60
5811
Virtual karabakh

İnternetdə Ukrayna üzərində vurulmuş “Boeing”in videosu yayılıb – VİDEO

17 Noy, 2014
12:30
5811

İnternetdə Ukrayna üzərində vurulmuş “Boeing”in videosu yayılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Videoçarx təyyarənin düşdüyü yerdən bir neçə metrlikdə çəkilib.

Associated Press (AP) Agentliyi internetdə daha öncə heç kimin görmədiyi Donetsk ətrafında Malayziya “Boeing”inin qəzaya uğramasının həvəskar çəkilişini yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, çox güman ki, bu, hadisədən sonra ilk çəkilişdir.

Çarx qəza yerindən bir neçə metrlikdə, Qrabovo kəndinin yaşayış yerlərinin yaxınlığında çəkilib.

Yerli sakinlər videoda təyyarə qəzası ilə bağlı ehtimallarını söyləyirlər. Əsasən də təyyarənin raket ilə vurulduğu versiyası müzakirə edilir.

Qalıqların çoxluğunu görən bir sakin iki təyyarənin düşdüyünü söyləyib. AP qeyd edir ki, yerli sakinlər təyyarəni hərbi təyyarə hesab edirlər.

Xatırladaq ki, “Malaysiya Airlines” aviaşirkətinin Amsterdam-Kuala-Lumpur marşrutlu “Boeing 777” təyyarəsi iyul ayının 17-də Donetsk vilayətində qəzaya uğrayıb. Təyyarədə 298 nəfər olub, onların hamısı həlak olub. Kiyev qəzada separatçıları günahlandırıb, amma onların belə hündürlükdə təyyarə vurmağa imkan verəcək vasitələrə malik olmadıqlarını söyləyiblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri