Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-də 11 məhbus həbsxanadan qaçdı: Cinayətkarlar divarda "Çox asan idi" sözlərini yazıblar
ABŞ-də Luiziana ştatının Yeni Orlean şəhərindəki həbsxanadan qaçmış məhbusları axtarılırlar.
Oxu.Az "NBC News" telekanalına istinadla xəbər verir ki, səhər yoxlaması zamanı 11 məhkumun olmadığı üzə çıxıb.
Qaçan məhbuslar müxtəlif cinayətlərdə ittiham olunurlar. Onlardan ikisi artıq saxlanılıb, qalan doqquz nəfər isə hələ də axtarışdadır.
Axtarışda olan 11 nəfərdən biri başqa kamerada aşkarlanıb. Digəri isə hotelin dayanacağında avtomobilin altında gizlənərkən tapılıb.
Polis axtarışda olan 11 məhbusdan yeddisinin portretini göstərib. Qaçışın baş verdiyi kameranın fotoları da yayımlanıb. Divarda hamamın arxasında açılmış dəlik görünür.
Cinayətkarlar qaçarkən, divarda bu sözləri yazıblar: "Çox asan idi" və "Biz günahsızıq".
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- İlon Maskdan xəbərdarlıq: ABŞ müflis ola bilər
- ABŞ prezidenti: "Hər kəs təcili olaraq Tehrandan təxliyə olunsun"
- Tramp İrana nüvə sazişi ilə bağlı yeni təklif edə bilər
- Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamaqdan imtina etdi
- Zaxarova: "ABŞ Rusiya ilə diplomatik münasibətlərin normallaşması ilə bağlı görüşünü ləğv edib"