Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tramp Qrenlandiyanı istəyir, Aİ qoşunlarını yerləşdirməyə hazırlaşır: Arktikada münaqişə yetişir?
Avropa İttifaqının Hərbi Komitəsinin rəhbəri general Robert Briger qlobal təhlükəsizlik tələblərini nəzərə alaraq Qrenlandiyada qoşun yerləşdirməyə çağırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Welt am Sonntag" xəbər yayıb.
Brigerin sözlərinə görə, Aİ Silahlı Qüvvələri adada yerləşən ABŞ qoşunlarına qoşulmalıdır.
"Məncə, təkcə ABŞ qüvvələrinin deyil, həm də Aİ qoşunlarının Qrenlandiyada yerləşdirilməsi imkanlarının nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Bu, güclü bir siqnal olacaq və regionda sabitliyin təmin olunmasına kömək edə bilər", - deyə general bildirib.
Xatırladaq ki, Tramp dəfələrlə Kanada və Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi barədə danışıb. Ağ Ev rəhbəri, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq və Meksika körfəzini Amerika körfəzi adlandırmaq niyyətindədir.
ABŞ prezidentinin bəyanatlarına Panama, Kanada və Danimarka hökumətləri kəskin reaksiya veriblər. Daha əvvəl Tramp Danimarka baş nazirindən Qrenlandiyanı ABŞ-yə verməyi tələb edib.
"Danimarka" teqi üzrə xəbərlər
- Trampdan iddialı çıxış: "Yaxın gələcəkdə ölkəmizin ərazisi əhəmiyyətli dərəcədə böyüyə bilər"
- Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi
- Qrenlandiya müstəqilliyə doğru: Danimarka adanın ambisiyalarını tanıyır
- Danimarka kralı gerbi Trampa görə dəyişib?
- Danimarka səmasında 20 naməlum dron göründü
Rəylər