15 
Noy
2021
17:48
409
23
5049
Virtual karabakh

Azərbaycanlı dünya çempionu Xəzər dənizinə düşmüş qadını boğulmaqdan xilas etdi - VİDEO

Budo və kunq-fu idman növü üzrə dünya və Avropa çempionu, İdman ustası, kunq-fu üzrə qadınlar milli komandasının baş məşqçisi Anar Süleymanov Dənizkənarı Milli Parkda dənizə düşmüş bir xanımın həyatını xilas edib.

Bu barədə Oxu.Az-a məşqçi-idmançının özü deyib:

“35 yaşlarında bir xanım olardı. Onunla birlikdə olan qadının dediyinə görə, telefonla şəkil çəkdirmək istəyərkən suya yıxılmışdı. Ancaq, məncə, intihara cəhd etmək istəmişdi. Həmin vaxt orada olanlar nə edəcəyini bilmirdi. Hətta Bulvarın təhlükəsizlik işçiləri də əlacsız idilər. Onların birinin əlində kamer (xilasedici halqa – red.) vardı. Ancaq o da nə edəcəyini bilmirdi. Mən onun əlindən götürüb qadına tərəf atdım.

Orada dərinlik 3 metrə yaxın olardı. Ancaq qadın çırpınmaqdan haldan düşmüşdü. Mən ona kameri atanda dedim ki, ondan tutsun. Qadın ondan yapışsa da, özündən getmişdi deyə, sahilə çıxa bilmirdi. Ona görə onu sahilə tərəf çıxarmağa çalışdım. Lazım olsa, suya da girəcəkdim. Həmin an FHN-nin skuteri kömək üçün gəlib qadını oradan götürdü”.

Qeyd edək ki, dünən FHN də hadisə ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri