Səudiyyə Ərəbistanında sosial şəbəkədə dinlə bağlı satirik fikirlər paylaşan şəxslərin həbs olunması ilə bağlı yeni qanun qəbul edilib.
Oxu.Az “The Independent” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı ölkənin prokurorluğunun “Twitter” hesabında məlumat yerləşdirilib.
“Dini dəyərlər və ictimai əxlaq üzərində rişxənd və ələsalmalar ictimai asayişin pozulması üçün təxribatdır və kibercinayətkarlıq hesab ediləcək”, - məlumatda bildirilib.
Bu maddə ilə həbs edilən şəxslərə beş ilədək həbs və 3 milyon riala (800 min dollar) qədər pul cəzası kəsiləcək.
Rəylər