Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Güclü külək olub, yağış yağıb, şimşək çaxıb, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb - FAKTİKİ HAVA
Mayın 17-si səhərədək bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir yağış yağıb, güclü qərb küləyi əsib.
Oxu.Az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Xaltan, Qrızda 1 mm olub.
Qərb küləyinin sürəti arabir Tərtər, Altıağacda 25 m/s, Naftalan, Daşkəsəndə 23 m/s, Ağstafada 22 m/s, Şəki, Xaçmaz, Ağdamda 20 m/s, Göyçayda 19 m/s, Gəncə, Qubada 18 m/s, Şabranda 16 m/s, Mingəçevir, Yevlaxda 15 m/s olub.
Abşeron yarımadası və Abşeron Dəniz rayonunda şimal-qərb küləyi Pirallahıda 30 m/s, Qum adası, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Neft Daşlarında 24 m/s, Sumqayıt, Bakıda 22 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Temperatur iqlim normasından 2.2 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-31, aran rayonlarında 31-34 dərəcə, dağlıq rayonlarda 22 dərəcəyədək, Naxçıvan MR-da 21-30 dərəcə isti olub.
"Abşeron" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın xatirəsi yad edilir
- Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
- Abşeronda avtomobil kuryeri vurdu
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər