Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.
| Mərkəzi icra hakimiyyəti orqanı | Qəbul günü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar |
| Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri | 07 | Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı |
| Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri | 07 | Gədəbəy | Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən |
| Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri | 07 | Siyəzən | Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz |
| Fikrət Məmmədov Ədliyyə naziri | 10 | Goranboy | Goranboy, Naftalan, Xocalı |
| Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri | 14 | Goranboy | Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Ağdaş |
| Azad Rəhimov Gənclər və idman naziri | 16 | Sumqayıt | Sumqayıt, Abşeron, Xızı, Qobustan, Şamaxı |
| Mikayıl Cabbarov Təhsil naziri | 17 | Yardımlı | Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad |
| Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi | 19 | Ağcabədi | Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Ağdam |
| Zakir Qaralov Baş prokuror | 21 | Beyləqan | Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın, Xocavənd |
| Şahin Mustafayev İqtisadiyyat naziri | 21 | Bərdə | Bərdə, Yevlax, Ağcabədi |
| Əbülfəs Qarayev Mədəniyyət və turizm naziri | 21 | Lənkəran | Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad |
| Oqtay Şirəliyev Səhiyyə naziri | 21 | Göygöl | Göygöl, Gəncə, Goranboy, Daşkəsən |
| Fazil Məmmədov Vergilər naziri | 21 | Saatlı | Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl |
| Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri | 21 | Qobustan | Qobustan, Şamaxı, Ağsu, İsmayıllı |
| Hüseynqulu Bağırov Ekologiya və təbii sərvətlər naziri | 28 | Qusar | Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı |
| Kəmaləddin Heydərov Fövqəladə hallar naziri | 28 | Qobustan | Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ |
| Heydər Əsədov Kənd təsərrüfatı naziri | 28 | Şəki | Şəki, Oğuz, Qax, Zaqatala, Balakən |
| Aydın Əliyev Dövlət Gömrük Komitəsinin sədri | 28 | Ağsu | Ağsu, Şamaxı, Qobustan, İsmayıllı |
| Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri | 28 | Tərtər | Tərtər, Naftalan, Goranboy, Kəlbəcər |
| Ramil Usubov Daxili işlər naziri | 29 | Göyçay | Göyçay, Mingəçevir, Yevlax, Ağsu, Şamaxı, İsmayıllı, Ucar, Kürdəmir, Ağdaş |
U.A.
www.oxu.az