73 yaşlı Alla Puqaçova nəhayət vətəninə qayıdıb. Bu barədə məşhur rusiyalı aparıcı İqor Qulyayev kadrlar paylaşıb.
Görüntülərdə dizaynerin öz sevimli rəfiqəsini qarşılaması əks olunub.
“Gözlərimə inana bilmirəm, doğrudanmı belədir?” - sözlərinə Alla Puqaçova təbəssümlə cavab verir:
“Uzun müddətdir, ancaq heç cür toparlana bilmirdim. Sən oxuyurdun ki, mən burada deyiləm, elə deyilmi?”
Alla Puqaçova Rusiyaya qayıtdı - VİDEO
Görünür, Puqaçova vəd etdiyi kimi, uşaqları Harri və Lizanın dərs ilinin başlaması ilə bağlı Rusiyaya qayıdıb.
“Öz başımda və sizin başınızda hər şeyi sahmana salacağam”, - deyə ifaçı yerli mətbuata açıqlamasında qeyd edib.
Xatırladaq ki, sənətçinin ailəsi son altı ayı əvvəlcə İsraildə, sonra isə Latviyada keçirib.
Rəylər