Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda keçiriləcək Avropa Olimpiya Festivalının loqosu təqdim olundu
Bu gündən etibarən 2019-cu il 21 iyul tarixində Bakı şəhərində keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının (AGOF) açılış mərasiminə rəsmi geriyə sayım başlayıb.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar olaraq “Bakı 2019” AGOF Təşkilat Komitəsi tərəfindən yarışın rəsmi emblemi təqdim edilib.
“Leo Burnett” adlı brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi bu emblem dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan öncəkilərlə müqayisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “bax və hiss et” şüarını nümayiş etdirməkdir.
AGOF-un emblemi Bakının irs və mədəniyyətini (od və qədim Azərbaycan naxışı olan butanı), bununla yanaşı, birlik və dostluq konsepsiyalarını birləşdirən möhtəşəm müasir memarlıq nümunələrini (Alov Qüllələri və Heydər Əliyev Mərkəzini) özündə əks etdirir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.
Gənclər və İdman naziri və “Bakı 2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bu haqda bunları bildirib:
“Təqdim etdiyimiz bu emblem Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, eyni zamanda, Avropa Olimpiya hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idmanda qalibiyyət uğrunda mübarizəni əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər