Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun doğulduğu Madeyra adasındakı Funşal şəhəri məşhur futbolçu ilə dünya çempionatında keçirdiyi son oyundan sonra fərqli bir şəkildə vidalaşıb.
Oxu.Az Sports.kz-yə istinadən xəbər verir ki, portuqaliyalı ulduzun şərəfinə səmada dronların iştirakı ilə möhtəşəm şou təşkil edilib.
Mərasim zamanı pilotsuz uçuş aparatları qaçan Ronaldunun siluetini, daha sonra isə onun məşhur "Siuuu" qol sevincini canlandırıb. Bu anda minlərlə azarkeş eyni vaxtda "Siuuu" qışqıraraq öz kumirlərini yola salıblar.
Vidalaşma üçün səbəb Ronaldunun dünya çempionatlarındakı karyerasını başa vurması olub. DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliya millisi İspaniyaya 0:1 hesabı ilə məğlub olub və qarşılaşmadan sonra 41 yaşlı hücumçu bir daha dünya birinciliyində çıxış etməyəcəyini təsdiqləyib.
"Bəli, bu, mənim sonuncu dünya çempionatım idi. İndi düşünmək, ailəmlə vaxt keçirmək üçün zamanım olacaq, həyat isə davam edir. Vicdanım rahat şəkildə gedirəm. Bəzən qalib gəlirsən, bəzən isə uduzursan", - deyə Ronaldu bildirib.