Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirləri afişasını təqdim edirik.
Oxu.Az xəbər verir ki, 3-9 noyabr tarixlərini əhatə edən siyahıda paytaxtda keçiriləcək tamaşalar, konsertlər yer alıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə dörd tamaşa oynanılacaq.

Noyabrın 6-da, saat 19:00-da Əli Əmirlinin ssenarisi əsasında səhnələşdirilən "Varlı qadın" komediyası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti: 10-25 manat.

Noyabrın 7-də, saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında tarixi metafizik dram olan "Baş" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-25 manat.

Noyabrın 8-də, saat 19:00-da isə Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası tamaşaçılara təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Noyabrın 9-da, saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində bu həftə dörd tamaşa oynanılacaq.

Noyabrın 8-də, saat 12:00-da Ülviyyə Heydərovanın "İnanıram" monopyesi əsasında hazırlanan psixoloji dram tamaşaçılara təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 10 manat.

Noyabrın 8-də, saat 19:00-da qəhrəmanlıq dramı olan İlqar Fəhminin "Balaca kişilər" tamaşası təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti: 10-15 manat.

Noyabrın 9-da, saat 12:00-da balaca tamaşaçılar Pərvin Nurəliyevanın "Dəcəl keçi" nağıl-tamaşasını izləyə biləcəklər.
Tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
Biletlərin qiyməti: 8-12 manat.

Noyabrın 9-da, saat 19:00-da M.F.Axundzadənin "Hekayəti-Xırs quldurbasan" tamaşası səhnədə olacaq.
Quruluşçu rejissor: Xalq artisti Cənnət Səlimova.
Biletlərin qiyməti: 8-12 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Noyabrın 8-də və 9-da, saat 19:00-da Beynəlxalq səhnənin iki nəhəngi - rejissor Robert Lepaj və rəqqas-xoreoqraf Culyam Kote - Şekspirin "Hamlet" faciəsinə müasir baxışda bir araya gələcəklər.
Tamaşa bədii sadəlik, səhnə dəqiqliyi və aktyorların güclü fiziki varlığı üzərində qurulub.
Biletlərin qiyməti: 20-200 manat.
Akademik Rus Dram Teatrının səhnəsində bu həftə oynanılacaq:

Noyabrın 7-də, saat 19:00-da Nizaminin "7 gözəl" tamaşası oynanılacaq. Tamaşada sufi musiqisi və fırlanan dərvişlərin rəqsləri səslənir.
Səhnə rejissoru Jonas Vaitkus olan tamaşada xoreoqrafiya Tair Eynullayevə məxsusdur.
Biletlərin qiyməti: 10-15 manat.

Noyabrın 8-də, saat 12:00-da balaca tamaşaçılar "Balıqçı və balığın nağılı" tamaşasını izləyə biləcəklər.
Rejissor Raulya Turkkandır.
Biletlərin qiyməti: 5 manat.

Noyabrın 8-də, saat 19:00-da "Xoşbəxtliyin qiyməti" tamaşası səhnədə olacaq. Tamaşa Vətən müharibəsi qəhrəmanlarına həsr olunub.
Tamaşanın quruluşçu rejissoru Raulya Turkkandır.
Biletlərin qiyməti: 10-15 manat.

Noyabrın 9-da, saat 19:00-da M.F.Axundzadənin anadan olmasının 200 illiyi şərəfinə "Alim botanik Müsyö Jordan və məşhur sehrbaz Dərviş Məstəlişah" tamaşası oynanılacaq.
Tamaşanın rejissoru və prodüseri Xalq artisti Aleksandr Şarovskidir.
Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Kukla Teatrı

Noyabrın 7-də, saat 12:00 və 14:00-da balaca tamaşaçılar üçün yeni nağıllar kolleksiyasına daxil edilən və Hans Xristian Andersenə xüsusi məşhurluq gətirən "Qar kraliçası" nağılı oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.
Biletlərin qiyməti: 5 manat.

Noyabrın 7-də, saat 16:00-da "Durna balığının əmri ilə" adlı nağılın motivləri əsasında "Durna balığı" tamaşası balaca tamaşaçılara təqdim olunacaq.
Biletlərin qiyməti: 5 manat.

Noyabrın 8-də, saat 12:00-da kiçikhəcmli ibrətamiz məişət nağıllarımızdan olan "Yeddi nar çubuğu"nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur.
Biletlərin qiyməti: 5 manat.
Beynəlxalq Muğam Mərkəzi

Noyabrın 3-də, saat 19:00-da Azərbaycan milli operasının banilərindən biri, görkəmli müğənni, aktyor və pedaqoq Hüseynqulu Sarabskinin əziz xatirəsinə həsr olunmuş konsert proqramında onun repertuarından olan təsniflər, muğamlar və milli operalardan parçalar səslənəcək.
Biletlərin qiyməti: 5-25 manat.

Noyabrın 5-də, saat 21:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin "Azərbaycan Zəfəri" adlı konsertində şagirdlərin qələbəmizə həsr olunan rəngarəng çıxışlarını izləyəcəksiniz.
Biletlərin qiyməti: 10-15 manat.
Əzizə İsmayılova