Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşlarla keçirəcəkləri qəbul vaxtları açıqlanıb.
Oxu.Az AzərTAc-a istinadən həmin cədvəli təqdim edir:
| Mərkəzi icra hakimiyyəti orqanı | Qəbul günü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar |
| Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun sədri | 03 | Şamaxı | Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir |
| Zakir Qaralov Baş prokuror | 14 | Tovuz | Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy |
| Şahin Mustafayev İqtisadiyyat və sənaye naziri | 14 | Quba | Quba, Qusar, Xaçmaz |
| Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi | 20 | Qazax | Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy |
| Azad Rəhimov Gənclər və idman naziri | 21 | Qəbələ | Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, İsmayıllı |
| Mikayıl Cabbarov Təhsil naziri | 24 | Sumqayıt | Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan |
| Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri | 25 | Daşkəsən | Daşkəsən, Gəncə, Samux, Göygöl, Kəlbəcər, Xocalı |
| Hüseynqulu Bağırov Ekologiya və təbii sərvətlər naziri | 27 | Qazax | Qazax, Tovuz, Ağstafa, Şəmkir |
| Fikrət Məmmədov Ədliyyə naziri | 28 | Mingəçevir | Mingəçevir, Yevlax, Naftalan, Goranboy |
| Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri | 28 | Tovuz | Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy |
| Heydər Əsədov Kənd təsərrüfatı naziri | 28 | Masallı | Masallı, Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı |
| Əbülfəs Qarayev Mədəniyyət və turizm naziri | 28 | Goranboy | Goranboy, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Laçın, Xocalı |
| Ziya Məmmədov Nəqliyyat naziri | 28 | Qəbələ | Qəbələ, İsmayıllı, Ağsu |
| Əli Abbasov Rabitə və yüksək texnologiyalar naziri | 28 | Gəncə | Gəncə, Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər |
| Oqtay Şirəliyev Səhiyyə naziri | 28 | Lənkəran | Lənkəran, Astara, Masallı, Lerik |
| Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri | 28 | Sumqayıt | Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan, Şuşa |
| Aydın Əliyev Dövlət Gömrük Komitəsinin sədri | 28 | Yardımlı | Yardımlı, Lənkəran, Astara, Masallı, Lerik |
| Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri | 28 | Göygöl | Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir, Kəlbəcər |
| Məleykə Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri | 28 | Xızı | Xızı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan, Şuşa |
| Ramil Usubov Daxili işlər naziri | 29 | Şəki | Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ |
| Kəmaləddin Heydərov Fövqəladə hallar naziri | 31 | Tərtər | Tərtər, Ağdam, Bərdə |
Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.