Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Noyabr ayına olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda noyabr ayına olan hava proqnozun açıqlayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir dərəcə yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 14-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti, Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti olacağı gözlənilir.
"Zəngilan" teqi üzrə xəbərlər
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
- Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var
- Avropa İttifaqının "müşahidəçilər"i sərhəddə yenidən fəallaşıblar
- Vətən müharibəsinin 24-cü günü: Zəngilan şəhəri və 24 kənd azadlığına qovuşur
- "Azərişıq" rəsmisi: "Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək"